16:00
Bakıda BP şirkətinin ofisində tüstülənmə olub.
Milli.Az Trend-ə istinadən bildirir ki, hadisə şirkətin paytaxtın Neftçilər prospekti 153 ünvanında yerləşən ofisində baş verib.
Şirkətin binasının birinci mərtəbəsindəki idman zalında naqillərdə qısaqapanma olub. Qısaqapanma ilə əlaqədar şirkətin binada olan bütün işçiləri təxliyə edilib. Hadisə yerinə dərhal Fövqəladə Hallar Nazirliyinin 3 yanğınsöndürən briqadası cəlb edilib və qısaqapanmanın yanğına keçməsinin qarşısı alınıb.
BP şirkətindən Trend-ə bildiriblər ki, hadisənin qarşısı tam alınıb və naqillərdəki problem aradan qaldırılıb. Hazırda binada iş davam edir.
------------
15:41
Fövqəladə Hallar Nazirliyi BP-nin ofisi yerləşən binada baş verən yanğınla bağlı məlumat yayıb.
Milli.Az-ın FHN-in saytına istinadən verdiyi məlumata görə, Bakının Səbail rayonunda 16 mərtəbəli inzibati binanın birinci mərtəbəsində yerləşən otaqda kompüter avadanlığı yanıb. Otaq və digər avadanlıqlar yanğından mühafizə olunub.
Yanğın saat 13:38-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
-----------
15:06
BP-nin Bakıdakı baş ofisində tüstülənmə olub.
Milli.Az report-a istinadən xəbər verir ki, əraziyə yanğınsöndürənlər gəlib.
BP-nin bütün işçiləri binadan təxliyə edilib.
Qeyd edək ki, ofis Neftçilər prospektində yerlləşir.
Milli.Az