Ölkə

Qəbiristanlıqdan oğurluq edən şəxslər saxlanıldılar

25 Sentyabr 2017 15:25
0 Şərh     Baxış: 1 112
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Yevlax Rayon Polis Şöbəsinin əməkdaşları rayon ərazisindəki qəbiristanlıqda qəbirlərdən birinin ətrafına çəkilmiş alüminiumdan hazırlanmış çərçivə hissələrinin sökülərək oğurlanması barədə məlumat əldə ediblər.

Milli.Az DİN-ə istinadən xəbər verir ki, hadisə yerinə gələn əməliyyat qrupu tərəfindən müvafiq araşdırmalar aparılıb.

Təxirəsalınmaz tədbirlərlə oğurluğu qrup halında törətməkdə şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş İsmayıl DərvişKamil Seyidov saxlanılaraq polis şöbəsinə gətiriliblər.

Tutarlı dəllilər qarşısında onlar törətdikləri əməli etiraf ediblər və oğurladıqları alüminium hissələri metal qəbulu məntəqələrindən birinə satdıqlarını bildiriblər. Maddi sübutlar polis əməkdaşları tərəfindən götürülüb.

Aparılan araşdırmalarla mərhumun ailə üzvləri də müəyyənləşdirilib və şəhər sakini Roza Əliyeva Yevlax RPŞ-yə dəvət edilərək oğurluq faktı, onu törətməkdə şübhəli bilinən şəxslərin tutulması barədə ona məlumat verilib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.