Ölkə

13 yaşlı məktəblini evdən qaçıran səbəb: "Polisləri görəndə qorxdum..."

25 Sentyabr 2017 13:52
16 Şərh     Baxış: 4 047
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bir neçə gün əvvəl itkin düşməsi haqda xəbər yayılan Xırdalan şəhər sakini, 13 yaşlı Cəfərov Ülvi Ruslan oğlu ötən gün tapılaraq valideynlərinə təhvil verilib. 4 gün əvvəl evdən hazırlıq məqsədilə çıxan məktəblinin itməsinə səbəb kimi əyləncə istəyi göstərilib.

Milli.Az xəbər verir ki, Ülvinin anası Pünhan Cəfərova azvision.az-a bildirib ki, oğlu hər zaman tək olmaq, parkda gəzmək və kompüter oyunları oynamağa meyilli olub.

"Biz Ülvi itkin düşən gün şübhə elədik ki, o, bu istəklərini reallaşdırmaq üçün gedib. Lakin hava qaralanda artıq atası da, mən də qorxmağa başladıq. Həyətə, evə çoxlu adam yığılmışdı. Polis maşını da gəlmişdi. Ülvi tapılandan sonra dedi ki, həyətdə polis maşınlarını görüb qorxub və bu səbəbdən evə gələ bilməyib. Sonrakı günlərdə də gəlib evə baxırmış, həyacandan içəri girə bilməyib".

P.Cəfərova bildirib ki, oğlu 4 gün ərzində evlərinə yaxın yarımtikilidə qalıb: "Ülvinin üstündə həmişə pul olur. Atası onu pulsuz qoymur. Pul yığıb özünə kompüter almaq istəyirdi. Üstündə pul olduğu üçün 4 gün mağazadan ərzaq alıb yeyib. Ülvini sinif yoldaşının anası tapıb. Oğluna deyib ki, onu tut, qaçmasın. Sonra mənə zəng etdilər, gedib Ülvini evə gətirdik".

P.Cəfərova oğlunun qaçırılması ehtimalını qəbul etmədiyini deyib: "Onu heç kim qaçırmayıb. Həmin yerdə tək olub. Biz də üstünə çox getmirik. Hazırda səhhəti normaldır. Amma gələndə ac və halsız idi. İndi hər şey qaydasındadır".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.