Ölkə

Bir ayın içində ölən bacı-qardaşın valideynindən qəribə qərar

25 Sentyabr 2017 11:34
11 Şərh     Baxış: 13 880
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Sabirabad rayonunda 28 günün içərisində dünyasını dəyişən azyaşlı bacı və qardaşın müəmmalı ölüm səbəbi haqqında ekspertizanın nəticələrinin bu gün açıqlanacağı ilə bağlı məlumat yayılmışdı.

Milli.Az xəbər verir ki, qafqazinfo nəticələrin cavablarının necə olduğunu öyrənmək üçün Səhiyyə Nazirliyi ilə əlaqə saxlayıb.  

Nazirliyin mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədova bildirib ki, valideynləri uşaqlar üzərində ekspertiza aparılmasına icazə verməyib:

"Ekspertiza olmadığına görə də onların dəqiq ölüm səbəbi də məlum deyil. Qeyd edim ki, valideynlər bir-birinə qohumdurlar". 

Xatırladaq ki, Sabirabadın Həşimxanlı kəndində kənd sakini, 3 yaşlı Əlvan Əsədli və onun  5 yaşlı bacısı Səma Əsədli bir ayın içində naməlum səbəbdən qəfildən dünyasını dəyişib. 

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.