Ölkə

Baş İdarə "Turizm həftə"sinə start verir

25 Sentyabr 2017 12:00
Baxış: 646
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsi 27 sentyabr - Beynəlxalq Turizm günü ilə əlaqədar "Turizm həftəsi" elan edir.

Milli.Az xəbər verir ki, 25-29 sentyabr tarixlərində keçiriləcək "Turizm həftəsi" çərçivəsində Azərbaycanın milli sərvətlərinin, tarixi abidələrinin, xalçaçılıq incilərinin gənclər arasında təbliği və onların bu sahədə məlumatlandırılması məqsədi ilə "Ümid Yeri" uşaq sığınacağının sakinləri üçün ekskursiyalar nəzərdə tutulub. 

Ekskursiyalar 25 sentyabr, saat 12:00-da Qobustan Dövlət Tarixi-Bədii Qoruğu, 26 sentyabr, saat 12:00-da "Qala" Dövlət Tarix-Etnoqrafiya Qoruğuna, 27 sentyabr, saat 15:00-da Milli Azərbaycan Tarixi Muzeyinə, 28 sentyabr saat, 15:00-da Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyinə, 29 sentyabr, saat 15:00-da Heydər Əliyev Mərkəzinə təşkil ediləcək.

Həmçinin, Baş İdarənin 27 sentyabr - Beynəlxalq Turizm günü ilə əlaqədar tədbirlər planına əsasən şəbəkəsinə daxil olan müəssisələrdə (kitabxanalar, mədəniyyət evləri və klublar, muzeylər, uşaq musiqi və incəsənət məktəbləri) müxtəlif sərgilər, söhbətlər, dəyirmi masalar, ekskursiyalar, "Açıq qapı" günləri təşkil olunacaq.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.