Ölkə

"Rauf Əliyev komandaya ulduz futbolçu kimi gəlməyib"

22 Sentyabr 2017 18:56
0 Şərh     Baxış: 997
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Albaniyanın "Kukesi" klubunun baş məşqçisi Mladen Milinkoviç azərbaycanlı futbolçusu Rauf Əliyev haqda danışıb.

Milli.Az goal.az-a istinadən xəbər verir ki,  49 yaşlı serbiyalı mütəxəssis millimizin hücumçusunun komandasına ulduz futbolçu kimi gəlmədiyini bildirib: 

"Rauf Əliyev komandaya ulduz futbolçu kimi gəlməyib. Amma o, doğrudan yaxşı oyunçudur. Bizim komandada ulduzlar yoxdur, meydanda mübarizə aparan, komanda üçün can qoyan futbolçular var. Rauf da onlardan biridir. Fikrimcə, o tezliklə ilk qolunu vuracaq və davamı olacaq".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.