Ölkə

"Ezamiyyə xərclərinə əlavələrin tətbiq olunduğu rəhbər işçilərin siyahısı"nda dəyişikliklər edilib

22 Sentyabr 2017 18:19
Baxış: 2 683
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Prezident İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 10 mart tarixli 2715 nömrəli sərəncamı ilə təsdiq edilmiş "Ezamiyyə xərclərinin 1 günlük normalarına əlavələr və həmin əlavələrin tətbiq olunduğu rəhbər işçilərin siyahısı"nda dəyişikliklər edilməsi haqqında sərəncam imzalayıb.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, sərəncama əsasən, "Ezamiyyə xərclərinin 1 günlük normalarına əlavələr və həmin əlavələrin tətbiq olunduğu rəhbər işçilərin siyahısı"nda aşağıdakı dəyişikliklər edilir:

- 2-ci hissədə "Azərbaycan Respublikası Prezidentinin Administrasiyası rəhbərinin müavini," sözləri "Azərbaycan Respublikası Prezidentinin Administrasiyasında Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin Katibliyinin rəisi, Azərbaycan Respublikası Prezidentinin Administrasiyası rəhbərinin müavini, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasında Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin Katibliyi rəisinin müavini," sözləri ilə əvəz edilsin, "Azərbaycan Respublikası Prezidentinin köməkçisi," sözlərindən sonra "Azərbaycan Respublikası Prezidentinin Administrasiyasında Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin köməkçisi," sözləri əlavə edilsin.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.