Ölkə

Xoşqədəmdən icra başçısına sərt cavab: İnsafınız olsun, Allahınız olsun - VİDEO

22 Sentyabr 2017 18:48
7 Şərh     Baxış: 3 885
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bir neçə gün öncə "Xəzər" televiziyasında yayımlanan "Səni axtarıram" verilişində Masallıdan olan Şəhla Ağayeva adlı qadının öz oğlunu 20 il çox dözülməz şəraitdə, zəncirdə saxlaması ilə bağlı süjet efirə verilib. Proqramın rəhbəri Xoşqədəm Hidayətqızı ailənin yaşadığı Çaxırlı kəndinə gedərək çəkiliş edib və zəncirdə 20 il saxlandığını iddia etdiyi İbadər Rzayevi Bakıya gətirib. Anası ilə birlikdə Bilgəhdəki sanatoriyaya yerləşdirilən şəxs veriliş efirə gedəndən sonra yaxınlarının köməyi ilə oradan qaçırılıb.

Milli.Az azxeber.com-a istinadla xəbər verir ki, bu veriliş efirə gedəndən sonra rayon rəhbərliyi Xoşqədəm Hidayətqızını "yalançı" və saxta şou düzəldən adlandırıb. Teleaparıcı efir vasitəsilə Masallı rayon rəhbərliyinə sərt cavab verib: "Mən Masallı rayon icra başçısına dəfələrlə zəng etmişəm. Ancaq o mənim telefonlarıma cavab verməyib. Yəqin rayon başçısı düşünür ki, Xoşqədəm bu faktı açıqladı, buna görə bizə söz gələcək".

Xoşqədəm bu hadisədən şou düzəldirsiz iddiasına da sərt reaksiya verib: "Rayon rəhbərliyi açıqlama verir ki, Xoşqədəm şou yaradır, mən nəyə görə şou yaradım? Kim aldadıram mən? Hər şey göz qabağındadır? Niyə qorxursuz? Mən tamaşaçılara deyim ki, bizim süjetdən sonra o evdə təmir gedir, həmin oğlanı dünən aparıblar, üzünü qırxıblar. Mən bu məsələni açdım və siz də bunları etdiz. Allahınız olsun, insafınız olsun"

Qeyd edək ki, Masallı rayon icra başçısı Rafil Hüseynovdur.

Milli.Az həmin görüntüləri təqdim edir:

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.