Ölkə

5 min manatın davası - Toyuna dava düşən ev sahibi Rəşad Dağlının pulunu vermir?

22 Sentyabr 2017 18:00
12 Şərh     Baxış: 3 387
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Xəbər verdiyimiz kimi, Masallının Boradigah kəndində keçirilən "ciyər axşamı"nda mərasimində meyxanaçılar arasında dava düşüb.

Kənd sakini Hacı Etibarın oğlu Turalın toyuna gələn meyxanaçı Rəşad Dağlı ilə Nicat Mənalı aralarındakı deyişmədən sonra əlbəyaxa olublar. Bu səbəbdən "ciyər axşamı" yarımçıq dayandırılıb.

Milli.Az xəbər verir ki, hadisə şahidlərinin azxeber.com-a verdiyi məlumata görə, bu hadisədən sonra daha bir qalmaqal ev sahibi ilə Rəşad Dağlı arasında yaşanıb. Belə ki, ev sahibi toyu yarımçıq tərk etdiyinə görə Rəşad Dağlı və digər meyxanaçıların pulunu verməyəcəyini bildirib. O deyib ki, "ciyər axşamı" gecə 3-ə qədər davam etməli imiş, ancaq dava səbəbilə saat 11-də məclis yekunlaşıb. Meyxanaçı isə buna etiraz edib və deyib ki, Bakıdan Masallıya qədər yol gəliblər və pulunu tələb edib.

Məlumata görə, ev sahibi meyxanaçılara 5 min manat verməli imiş. Ancaq dava səbəbilə bu pulları verməkdən imtina edib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.