Ölkə

Mikayıl Cabbarov 3 direktor təyin etdi

22 Sentyabr 2017 19:00
1 Şərh     Baxış: 3 669
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Xəbər verdiyimiz kimi, Təhsil Naziri Mikayıl Cabbarovun "Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən məktəbdənkənar təhsil müəssisələrinin rasionallaşdırılması barədə" imzaladığı əmrə əsasən Sumqayıtda fəaliyyət göstərən məktəbdənkənar müəssisələri birləşdirilib.

Belə ki, Sumqayıt şəhər Uşaq-Gənclər Şahmat Məktəbi və Sumqayıt şəhər 2 saylı Uşaq-Gənclər İdman Məktəbi birləşdirilərək onların bazasında Sumqayıt şəhər 2 nömrəli Uşaq-Gənclər İdman-Şahmat Məktəbi yaradılıb.

Milli.Az-ın xeberle.com-a istinadən verdiyi məlumata görə, həmin məktəbə rəhbərlik əvvələr Sumqayıt şəhər 2 saylı Uşaq-Gənclər İdman Məktəbinin direktoru işləmiş, boks üzrə əməkdar məşqçi, beynəlxalq dərəcəli hakim Qismət Novruzova həvalə olunub.

Sumqayıt şəhər Ekoloji Tərbiyə və Təcrübəçilik Mərkəzi, Sumqayıt şəhər Gənc Turistlər və Diyarşünaslıq Mərkəzi və Sumqayıt şəhər Uşaq Yaradıcılıq Mərkəzi birləşdirilib və onların bazasında Sumqayıt şəhər 1 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzi yaradılıb.

Həmin mərkəzə isə əvvəllər Sumqayıt şəhər Ekoloji Tərbiyə və Təcrübəçilik Mərkəzinin direktoru işləmiş Cəmilə Məmmədova rəhbərlik edəcək.

Bununla yanaşı, Sumqayıt şəhər Məktəbdənkənar Tərbiyə İşi Mərkəzi və Sumqayıt şəhər Texniki Yaradıcılıq Mərkəzi də birləşdirilib və onların bazasında Sumqayıt şəhər 2 nömrəli Uşaq Gənclər İnkişaf Mərkəzi yaradılıb.

Bu mərkəzə isə əvvəllər Sumqayıt şəhər Texniki Yaradıcılıq Mərkəzinin direktoru olan Cəmilə Fəyyaz rəhbərlik edəcək.

Qeyd edək ki, yeni direktorlar sözügedən müəssisələrə müvəqqəti olaraq təyin ediliblər. Adları çəkilənlər bu gün kollektivə təqdim olunublar.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.