Əməkdar artist Röya Ayxan Dünya çempionu Zabit Səmədovla aralarında sevgi münasibətinin olması xəbərinə münasibət bildirib.
Milli.Az-ın məlumatına görə, o, İnstagram hesabından foto paylaşaraq məsələyə belə aydınlıq gətirib:
"Mən nə deyim axı? O, mənim dostum və qardaşımdır. Ailəsinə və qızına sevgi bəslədiyim biridir. Hər kəsə maraqlıdır sevgilim? O zaman deyim. Şaxta babaya sifariş vermişəm, gətirəcək". /publika.az
Milli.Az
Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində