Ölkə

Dələduzluqda təqsirləndirilən şəxs məhkəmə zalından azadlığa buraxıldı

22 Sentyabr 2017 18:54
0 Şərh     Baxış: 1 147
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Rövşən Əhmədovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Milli.Az-ın APA-ya istinadla verdiyi xəbərinə görə, hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, R. Əhmədov barəsində 2 il sınaq müddəti təyin edilib və o, məhkəmə zalından azadlığa buraxılıb.

İttihama görə, R. Əhmədov ötən ilin avqustunda tanışı Çobanova Arzu İlyas qızına məxsus xaricdən gələn malları ölkəyə rüsumsuz keçirəcəyini deyərək, onun 50 min manat məbləğində pulunu ələ keçirib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.