Ölkə

Oğrular Sabiarabadda elektrik dirəklərini doğrayıb "metalllom" kimi satdılar

21 Sentyabr 2017 16:20
0 Şərh     Baxış: 712
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Sentyabrın 18-nə keçən gecə Sabirabad rayonunun Qalaqayın kəndi ərazisindəki Saatlı rayon Elektrik Şəbəkəsinə məxsus 5 işıq dirəyinin oğurlanması barədə DİN-in "102" xidməti zəng mərkəzinə məlumat daxil olub. Məlumat aidiyyatı üzrə Sabirabad RPŞ-yə ötürülüb.

DİN-dən Milli.Az-a verilən məlumata görə, hadisə yerinə gələn əməliyyat qrupu əraziyə baxış keçirərək ətraflı müayinə aparıb. Araşdırmalar zamanı şəbəkəyə məxsus torpağa basdırılmış və üzərində elektrik xətti olmayan, hər birinin uzunluğu 5 metr olan 5 ədəd dəmir işıq dirəyinin oğurlanması aşkar edilib.

Təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri ilə oğurluqda şübhəli bilinən Qalaqayın kənd sakini Rəhim Hüseynov müəyyən edilib və o, saxlanılaraq rayon Polis Şöbəsinə gətirilib. Təkzibolunmaz dəlillər qarşısında o, törətdiyi əməli etiraf edib.

Müəyyən edilib ki, həmkəndlisi İlkin Zülfüqarovla cinayət əməlini törətdikdən sonra dirəkləri sonuncuya məxsus "QAZ-53" markalı avtomobilə yükləyib, qaynaq aparatı ilə doğrayaraq metal qəbulu məntəqəsinə təhvil veriblər.  

Tədbirlərin davamı olaraq İ.Zülfüqarov da saxlanılıb. Ona məxsus yük maşınına baxış zamanı qaynaq aparatı aşkar edilərək götürülüb.

Faktla bağlı cinayət işi açılıb, istintaq aparılır.

Pünhan Mirzə

Milli.Az
 

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.