Ölkə

Bakı metrosunda 9 yeni stansiya tikiləcək

20 Sentyabr 2017 16:55
4 Şərh     Baxış: 4 557
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Bakı metropoliteni" QSC metronun "yaşıl" xəttinin genişləndirilməsi ilə bağlı tikinti işlərinə başlayıb.

Milli.Az bildirir ki, bunu Trend-ə  "Bakı Metropoliteni" QSC-nin hərəkət xidmətinin rəisi Etibar İsayev deyib.

Onun sözlərinə görə, yenis stansiyalar üçün ərazi artıq ayrılıb: "Tikinti artıq başlayıb, amma hələlik konkret tarixlər barədə danışmaq tezdir".

Gələcəkdə metropolitenin "yaşıl" xəttinin dairəvi xəttə çevrilməsi planlaşdırılır. Bununla bağlı olaraq "Xətai" və "Həzi Aslanov" stansiyaları arasında 3 stansiyanın tikilməsi və "Dərnəgül"lə "Həzi Aslanov" stansiyalarının birləşdirilməsi nəzərdə tutulur. Ümumilikdə "Dərnəgül" və "Həzi Aslanov" stansiyaları arasında 9 stansiyanın tikintisi planlaşdırılır.

E.İsayev həmçinin qeyd edib ki, Bakı Metropoliteninin "bənövşəyi" xəttində də tikinti işləri davam etdirilir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.