Ölkə

Nazrilik Ziya Məmmədovun bacısının direktoru olduğu liseydə araşdırmaya başlayıb

20 Sentyabr 2017 13:06
3 Şərh     Baxış: 4 636
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Keçmiş nəqliyyat naziri Ziya Məmmədovun bacısı Məhbubə Məmmədovanın direktoru olduğu "Tərəqqi" liseyində araşdırma aparılır.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bu barədə Təhsil Nazirliyinin mətbuat xidmətinin rəhbəri Cəsarət Valehov məlumat verib.

Araşdırmanın Nazirliyin Daxili Nəzarət Şöbəsinin əməkdaşları tərəfindən aparıldığını qeyd edən C.Valehov yoxlamanın nə ilə bağlı olduğunu açıqlamayıb.
 
M.Məmmədovanın işdən çıxarılması barədə yayılan məlumatlara gəlincə, C.Valehov bunun həqiqətə uyğun olmadığını söyləyib.
 
"Liseyin direktoru Məhbubə Məmmədova işdən çıxarılmayıb. Araşdırmanın nəticəsi barədə əlavə məlumat veriləcək", - deyə o bildirib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.