Ölkə

Bir müddət sonra avtobus sürücülərini dövlət seçərək işə təyin edəcək

20 Sentyabr 2017 07:07
1 Şərh     Baxış: 1 955
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Hazırda ictimai nəqliyyatda xidmət edən sürücülərin işə qəbul prosesini Bakı Nəqliyyat Agentliyi (BNA) yox, daşıyıcılar həyata keçirir. Bu səbəbdən ictimai nəqliyyatda sürücülərlə bağlı müəyyən çatışmazlıqlar müşahidə olunur".

Milli.Az xəbər verir ki, bunu Bakı Nəqliyyat Agentliyindən (BNA) avtobus sürücüləri ilə bağlı problemin həlli yönündə aparılan işlərə aydınlıq gətirərkən bildiriblər.

Qeyd edilib ki, bununla bağlı, problemi həll etmək üçün Agentlik tərəfindən Vahid Sürücü Bazası yaradılacaq: "Yəni, yeni qaydalara əsasən, daşıyıcıların sürücülərlə təmin edilməsi prosesini Agentlik həyata keçirəcək. Hansı daşçıyıcıya sürücü gərək olarsa, Agentliyə rəsmi müraciət etməli olacaq. Agentliyin Sürücü Məlumat bazasında isə yalnız Agentliyin sertifikasiyasından keçmiş sürücülərin məlumatları əks olunacaq".

Qeyd edək ki, bəzi daşıyıcılarda müxtəlif nöqsanlarına və ya qayda pozuntularına görə işdən çıxarılmış avtobus sürücüləri üstündən heç bir neçə gün keçməmiş digər daşıyıcılarda məxsus marşrut avtobuslarında sürücü kimi işləməyə başlayırlar. Bu isə yenə sürücülərlə bağlı eyni neqativ halların, problemlərin təkrarlanması ilə nəticələnir.

İlkin İzzət
Milli.Az
 

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.