Ölkə

Siqaret çəkənlərə PİS XƏBƏR

19 Sentyabr 2017 18:18
2 Şərh     Baxış: 3 217
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

""Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında" və "Turizm haqqında" qanun layihələri parlamentin payız sessiyasının plenar iclasının gündəliyinə salınacaq".

Milli.Az report-a istinadən xəbər verir ki, bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli komitənin bu gün keçirilən iclasında deyib.

Onun sözlərinə görə, "Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında" qanun layihəsi, demək olar ki, hazırdır.

H.Rəcəbli qeyd edib ki, "Turizm haqqında" qanun layihəsinin ikinci oxunuş üçün plenar iclasa çıxarılması üçün hazırda ciddi işlər görülür: "Layihə hökumətə göndərilib və oktyabr ayı üçün plenar iclasın gündəliyinə salınacaq".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.