Ölkə

Cəbhəboyu zonada yeni hərbi hissə açıldı - FOTO

19 Sentyabr 2017 17:19
1 Şərh     Baxış: 1 264
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin tapşırığına əsasən Silahlı Qüvvələrin şəxsi heyətinin döyüş hazırlığının yüksəldilməsi və sosial-məişət şəraitinin təkmilləşdirilməsi istiqamətində fəaliyyətlər davam etdirilir.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Milli.Az-a verilən məlumata görə, müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti cəbhəboyu zonada yerləşən yeni hərbi hissənin açılışını ediblər.

Müdafiə Nazirliyinin rəhbərliyi istifadəyə verilən yeni qərargah, əsgər yataqxanaları, tədris kompleksi, sıra meydanı, tibb məntəqəsi, idman şəhərciyi, eləcə də digər xidməti və inzibati obyektlər ilə tanış olaraq müvafiq tapşırıqlar verib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.