Ölkə

DİN: Tutulan futbolçunun sərbəst buraxılması barədə yayılan məlumatlar yalandır - YENİLƏNİB

19 Sentyabr 2017 17:51
0 Şərh     Baxış: 2 904
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

17:51

Daxili İşlər Nazirliyi oğurluğa görə tutulan futbolçu Nicat Muxtarovun sərbəst buraxılması barədə yayılan məlumatlara münasibət bildirib.
 
Milli.Az xəbər verir ki, nazirliyin mətbuat xidmətinin rəis müavini Orxan Mansurzadə APA-nın sorğusuna cavabında bildirib ki, sosial şəbəkələrdə və bəzi Kütləvi İnformasiya Vasitələrində Nicat Muxtarovun sərbəst buraxılması barədə yayılan informasiyalar həqiqəti əks etdirmir:
 
"Nicat Muxtarov barəsində Sumqayıt Şəhər Polis İdarəsinin istintaq şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb və o, təqsirləndirilən şəxs qismində istintaqa cəlb olunub. Hazırda Nicat Muxtarov istintaq tərəfindən dindirilir və sonra məhkəmə onun barəsində qətimkan tədbirinin seçilməsi barədə təqdimata baxacaq. Nicat Muxtarovun polis İdarəsindən buraxılması barədə yayılan məlumatlar yalandır".
 
Qeyd edək ki, Daxili İşlər Nazirliyinin yaydığı məlumata görə, Sumqayıt Şəhər Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində sentyabrın 9-da və 15-də şəhər ərazisində telekommunikasiya qovşağına məxsus ümumilikdə 695 metr hava">hava rabitə kabelini kəsərək oğurlamaqda şübhəli bilinən şəhər sakinləri Nicat Muxtarov, Ümidvar Adıgözəlov, Aqşin Mehdiyev və əvvəllər məhkum olunmuş Nurlan Paşayev saxlanılıblar. Aparılan tədbirlərlə onların kabeli İnşaatçılar qəsəbə sakinləri Zaur Eyyubovun və Zaur İlyasovun işlədikləri metal qəbulu məntəqəsinə satmaları müəyyənləşib.
 
Oğurluğa görə tutulan N. Muxtarov "Sumqayıt" futbol klubunun üzvüdür.
 
Bu gün isə bəzi saytlar N. Muxtarovun sərbəst buraxılması barədə məlumat yayıb.

----------

15:40

İki gün əvvəl Sumqayıt şəhərində kabel oğurluğuna görə polis tərəfindən saxlanılan dəstə üzləri arasında olan peşəkar futbolçu Nicat Muxtarov sərbəst buraxılıb.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, bu barədə "Futbol+" qəzetinin baş redaktoru Mahir Rüstəmli özünün Facebook səhifəsində məlumat verib. O bildirib ki, futbolçu polis idarəsindən buraxılıb.

Sumqayıt şəhər Polis İdarəsindən faktı təsdiqləyiblər. 

Qeyd edək ki, Nicat Muxtarov "Sumqayıt" futbol klubunun üzvüdür. 

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.