Ölkə

Deputat: "Lenin və Stalinin heykəllərini yığıb saxlamaq lazımdır"

19 Sentyabr 2017 15:37
2 Şərh     Baxış: 1 574
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Azərbaycanda sovet dövrünün abidələrindən ibarət parkın yaradılması təklif edilib".

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu Milli Məclisin Mədəniyyət Komitəsinin sədrui Rəfael Hüseynov komitənin bu gün keçirilən iclasında çıxış edərkən deyib.

Onun sözlərinə görə, tarixinin müəyyən dövründə Stalinə, Leninə münasibət pis olub, onların abidəsi dağıdılıb: "Mən vaxtilə Bakıda sovet dövrünün abidələrini dağıdılanda bir məsələ təklif etmişdim, o təklif hələ də qüvvədə qalır. O abidələrdən hələ dağıdılmayanları var. Təklif etmişəm ki, o abidələrin hamısını yığsınlar. 11-ci Orduya, 26 Bakı Komissarına həsr olunmuş abidələr də, ayrı-ayrı komissarlara, partiya xadimlərinə hazırlanmış abidələr də dağıdılmasın. Onların hamısı yığılsın, ayrıca park düzəldilsin. Bu da olsun, bizim qəmli, keçmiş tariximiz. Dərslərdə uşaqları aparaq sovet tarixini göstərsinlər. Bildirsinlər ki, bizə 11-cı Ordunun xilaskarımız olduğunu deyiblər, amma bunlar bizim xilaskarımız olmayıb, onlar Azərbaycanı işğal ediblər. Yaxud Azərbaycanın başqa siyasi xadimləri olub ki, o dövrdə onlar qəhrəman sayılıblar, adlarına küçələr verilib. Amma dövr dəyişib. Bu gün qəhrəman saydığımız Cumhuriyyət qurucularının da adları sovet dövründə qadağan edilib. Siyasətləri dəyişməklə ayrı-ayrı insanlara olan münasibətlərin dəyişməsi düzgün deyil. Əsas odur ki, biz tarixi olduğu kimi gələcək nəsillərə çatdıraq".

R.Hüseynov qeyd edib ki, Polşada "Dekommunizasiya haqqında qanun qəbul edilib: "Polşada aprelin 1-də "Dekommunizasiya haqqında" qanun qəbul edilib. Yəni kommunizmin yaşamasını göstərən abidələrin dağıdılması nəzərdə tutulur. Biz o abidələrin dağıdılmasının əleyhinəyik. Rusiyanın Dövlət Duması da buna ayrıca öz etirazını bildirəcək. Bu tarixdir, ona toxunmaq olmaz".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.