Ölkə

"Onlar bizi zəiflətmək istəyirlər" - Rafael Hüseynov

19 Sentyabr 2017 14:54
Baxış: 983
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Son günlərdə beynəlxalq təşkilatların, dövlətlərin və lobbi təşkilatlarının Azərbaycana təzyiqləri təsadüfi deyil".

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu Mədəniyyət Komitəsinin bu gün keçirilən iclasında komitənin sədri Rafael Hüseynov deyib.

Onun sözlərinə görə, Azərbaycanın ikinci dəfə müstəqilliyini bərpa etməsindən 26 il keçməsinə baxmayaraq, hələ də ölkəmizə qarşı təhdid və təhlükələr mövcuddur.

R.Hüseynov qeyd edib ki, Azərbaycanın inkişafını həmin qüvvələrin gözü götürmür:

"Bu səbəbdən də onlar hər vəchlə bu inkişafın qarşısını almağa çalışırlar. Onlar Azərbaycanın zəif ölkə olmasında maraqlıdırlar. Odur ki, biz deputatlar da son həftələrdə və qarşıdakı aylarda fəal olmalıyıq. Kimsədən təklif gözləmədən sinəmizi qabağa verib Azərbaycanı gözləyən təhlükəyə sipər etməliyik. Bu dövr bizim üçün sınaqdır. Biz bu təhlükəni sovuşdurmağa çalışmalıyıq".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.