Ölkə

Qonşularını polisə "düzəldən" Şükürov tutuldu

19 Sentyabr 2017 14:05
0 Şərh     Baxış: 1 050
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Şəhriyar Şükürovun cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

Milli.Az report-a istinadən xəbər verir ki, hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə Ş.Şükürovun barəsində Cinayət Məcəlləsinin 62-ci (cəzadan daha yüngül cəza təyin etmə) maddəsi tətbiq edilib və o, 4 il müddətinə azadlıqdan məhrum olunub. Ş.Şükürov məhkəmə zalında həbs edilib.

Qeyd edək ki, Ş.Şükürov Bakıda qonşusuna qarşı külli miqdarda dələduzluq etməkdə təqsirli bilinib. O, qonşusunu polisə düzəltmək vədi verib. Lakin sonradan Ş.Şükürov vədinə əməl etməyib və zərərçəkmişin şikayəti əsasında saxlanılıb. Daha sonra onun barəsində polis nəzarəti altına verilmə qətimkan tədbiri seçilib.

Ş.Şükürov CM-nin 178.3.2-ci (dələduzluq, külli miqdarda törəldildikdə) maddəsi ilə ittiham olunub.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.