Ölkə

Azyaşlı bacı-qardaş müəmmalı şəkildə öldü - Azərbaycanda sirli olay

19 Sentyabr 2017 13:53
12 Şərh     Baxış: 5 577
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Sabirabadda azyaşlı bacı-qardaş bir ayın içində müəmmalı şəkildə ölüb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, Sabirabad rayonunun Həşimxanlı kənd sakini, 2012-ci il təvəllüdlü Əsədli Səma Aqşin qızı yuxudan oyanmayıb.

Bu gün səhər saatlarında Şirvan Şəhər Xəstəxanasına aparılan 5 yaşlı uşağın artıq öldüyü məlum olub.
 
Məlumata görə, bir ay əvvəl Səmanın 13 yaşlı qardaşı da müəmmalı şəkildə ölüb.
 
Hazırda ölümlərin hansı səbəbdən baş verdiyini aydınlaşdırmaq üçün uşağın meyiti müayinə olunmaq üçün Şirvan Patoloji Anatomiya və Məhkəmə Tibbi Ekspertiza Mərkəzinə göndərilib.
 
Faktla bağlı Sabirabad rayon Prokurorluğu tərəfindən araşdırma aparılır. 

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.