Ölkə

Abid Şərifovdan Bakı əhalisinə ŞAD XƏBƏR

19 Sentyabr 2017 12:51
Baxış: 11 683
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakının kanalizasiya sisteminin yenidən qurulması ilə bağlı işlər gedir və bir ay ərzində bitməlidir.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bunu baş nazirin müavini Abid Şərifov deyib. O bildirib ki, bu işlərin yekunlaşması üçün prezident İlham Əliyev tərəfindən "Azərsu"ya 12 milyon manat vəsait ayrılıb.
 
A.Şərifov qeyd edib ki, 9 layihə konkret təhlil olunub, aidiyyəti qurumlarla razılaşdırılıb: "İşlər gələn ayın sonuna kimi qurtarmalıdır ki, insanlar qışda, yağışda, qarda əzab-əziyyət çəkməsin".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.