Ölkə

"Turan"a qarşı sanksiyalar bərpa olunub? - Baş Prokurorluqdan AÇIQLAMA

19 Sentyabr 2017 15:44
Baxış: 1 486
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

15:44

"Turan" İnformasiya Agentliyində aparılan yoxlamalarla bağlı bəzi kütləvi informasiya vasitələrində yayılmış informasiyalar həqiqəti əks etdirmir.

Bu barədə Baş Prokurorluğun Mətbuat xidmətindən Milli.Az-a verilən məlumatda deyilir:

Hazırda Vergilər Nazirliyinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentinin İstintaq idarəsində cinayət işinin istintaqı davam etdirilir və nəticəsi barədə əlavə məlumat veriləcək.

"Turan" İnformasiya Agentliyi barədə hər hansı məhdudiyyət tədbirləri keçirilmir.

-----------

11:26

Vergilər Nazirliyinin Bakı Lokal Gəlirlər Departamenti "Turan" İnformasiya Agentliyinə 2014-2017-ci illərə aid vergi sanksiyasını yenidən bərpa edib.

Milli.Az report-a istinadən xəbər verir ki, bu barədə agentlik özü məlumat yayıb.
Belə ki, bununla bağlı agentliyin elektron poçtuna Vergilər Nazirliyindən məktub daxil olub. Məktubda deyilib ki, agentliyin 27 min 253 manat və daha 9 294 manat faizlik borcu var.

Qeyd edək ki, bundan əvvəl nazirliyin həmin departamentindən agentliyə "Turan"ın hər hansı vergi borcu və ya cərimə sanksiyasının olmaması barədə məktub daxil olub.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.