Ölkə

İndiyədək "Azəri-Çıraq-Günəşli"dən hasil olunan neft və qazın həcmi açıqlandı

19 Sentyabr 2017 11:03
Baxış: 638
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycanın Xəzərdə "Azəri-Çıraq-Günəşli" (AÇG) neft-qaz yataqları blokunda 1997-ci ilin noyabrında ilk neftin hasilatına başlanandan 2017-ci il sentyabrın 1-nə qədər 435,6 milyon ton neft və 136,3 milyard kubmetr səmt qazı hasil olunub.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə SOCAR-ın I vitse-prezidenti Xoşbəxt Yusifzadənin rəsmi mətbuatda dərc olunan məqaləsində deyilir.

X.Yusifzadə bildirib ki, AÇG-də hasil olunan neftin ümumi həcmindən 245 milyon ton Azərbaycanın mənfəət neftinin payına düşür.

Qeyd olunur ki, 2017-ci il sentyabrın 1-nə Azərbaycan tərəfindən dünya bazarlarına ixrac olunan 456 milyon ton neftin 340 milyon tonu Bakı-Tbilisi-Ceyhan boru kəməri ilə nəqlin payına düşüb.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.