Ölkə

Hərbi Hava Qüvvələrinin hərbi hissəsində yeni yaşayış kompleksi istifadəyə verildi - FOTO

18 Sentyabr 2017 18:01
1 Şərh     Baxış: 962
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin tapşırığına əsasən Hərbi Hava Qüvvələrinin (HHQ) şəxsi heyətinin döyüş hazırlığının yüksəldilməsi və sosial-məişət şəraitinin təkmilləşdirilməsi istiqamətində fəaliyyətlər davam etdirilir.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Milli.Az-a verilən məlumata görə, müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti HHQ-nin cəbhəboyu zonada yerləşən hərbi hissəsinin ərazisində yeni inşa edilmiş yaşayış kompleksinin açılışında iştirak edib, burada hərbi qulluqçular üçün yaradılmış şəraitlə tanış olublar.

Müdafiə Nazirliyinin rəhbərliyi həmçinin ərazidəki əsgər yataqxanası, yeməkxana, sinif otaqları, mətbəx, ərzaq və əşya anbarları, qazanxana eləcə də digər xidməti və inzibati obyektlərə baxış keçirib.
Sonra Müdafiə naziri hərbi hissənin silahlanmasındakı döyüş texnikasına baxış keçirib və komandanlıq qarşısında müvafiq tapşırıqlar qoyub.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.