Ölkə

Bu gün metroda konsert olacaq

18 Sentyabr 2017 10:17
0 Şərh     Baxış: 1 225
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Bakı Metropoliteni" QSC növbəti sosial layihəni gerçəkləşdirəcək.

Qurumdan Milli.Az-a verilən məlumata görə, Milli Musiqi Günü kimi münasibətlə bu gün stansiyalarda artıq ənənə halını alan musiqili proqram təşkil olunacaq.

Metropolitendən istifadə edən sərnişinlərə bayram ovqatı bəxş etmək məqsədilə sentyabrın 18-i sərnişin axını daha çox olan bir neçə stansiyanın vestibülündə konsert proqramının təşkili nəzərdə tutulub. Proqramda milli və klassik musiqi nümunələri səsləndiriləcək.

Konsert proqramı aşağıda göstərilən stansiyalarda və vaxtlarda olacaq:

- "İçərişəhər" stansiyası - saat 12:00-13:30;

- "28 May" stansiyası - saat 13:00-14:30;

- "Elmlər Akademiyası" stansiyası - saat 14:00-15:30;

- "Memar Əcəmi" stansiyası (Bənövşəyi xətt) - saat 15:00-16:30.

Qeyd edək ki, sentyabrın 18-i Azərbaycan xalqının dahi oğlu, musiqi mədəniyyətimizin korifeyi Üzeyir bəy Hacıbəyovun doğum günüdür. Bu gün Azərbaycanda həm də Milli Musiqi Günü kimi qeyd edilir.

Yusif Nəsirli
Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.