Bakıda 14 nəfərə qarşı dələduzluq edən dəstə üzvləri saxlanılıb.
Milli.Az DİN-ə istinadən xəbər verir ki, dələduzluq etməkdə şübhəli bilindiyinə görə tutulan Dürrə İsmayılovanın və Rəşad Mustafayevin ətraflarında Xətai RPİ-nin əməkdaşları tərəfindən aparılan tədbirlərlə bü şəxslərin 2015-ci ilin avqust ayından cari il may ayınadək olan müddətdə Bakı şəhər sakinləri olan 14 nəfəri aldadaraq ümumilikdə 34150 manat dəyərində qızıl-zinət əşyalarını mənimsəmələri müəyyən edilib.
Milli.Az