Ölkə

Nənə və baba nəvəsini rayona rəsmi icazəsiz apara bilməz - Azərbaycanda YENİ QAYDA

15 Sentyabr 2017 14:01
6 Şərh     Baxış: 5 018
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycan Dəmir Yolları QSC azyaşlı uşaqların daşınması ilə bağlı yeni qaydaların tətbiqinə başlayıb.

Milli.Az bakupost.az-a istinadən xəbər verir ki, artıq valideynlərin razılığını təsdiq edən rəsmi sənəd olmadan azyaşlı uşaqların qatarla bölgələrə aparılmasına icazə verilmir. Bunlara valideynlərin ən yaxın qohumları, uşaqların nənə və babaları da daxildir. Nəvələrini özləri ilə rayona aparmaq istəyən nənə-babalar, yaxud digər qohumlar qatara bilet almaq istəyərkən, onlardan valideynlərin icazə kağızı tələb olunur, olmadıqda isə bilet satılmır. 

Qurumun mətbuat xidmətinin rəhbəri Sevinc Qədirova faktı təsdiqləyib. Bildirib ki, bu addımın atılmasına səbəb uşaqların qaçırılmasının qarşısını almaqdır: "Boşanma hallarını nəzərə alaraq qərara gəldik ki, uşaqların ata və ya ana tərəfindən qaçırılmasının qarşısını almaq üçün bu qaydaları tətbiq edək. Həmçinin kriminal vəziyyətin də nəzarətə alınması zərurəti var. Belə ki, uşaq oğurluğu, qaçırılması, valideyndən alınıb aparılması kimi xoşagəlməz hallar olur. Bu səbəbdən belə bir tələb zəruri idi. 10 yaşına kimi uşaqlar üçün valideynlərin notarial  etibarnaməsi tələb olunur. Yalnız bu sənəd göstərildikdən sonra bilet alına bilər".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.