Ölkə

Zabratda sakinlərin narazılığına səbəb olan kafe ilə bağlı DİN-dən AÇIQLAMA

13 Sentyabr 2017 17:54
0 Şərh     Baxış: 1 879
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakının Zabrat qəsəbəsinin bir qrup sakini narazılıq edir.

Milli.Az xəbər verir ki, bu barədə APA-ya yerli sakinlər məlumat verib. Onların sözlərinə görə, etiraz doğuran səbəb qəsəbənin Babək küçəsində yerləşən "Zabrat" kafesi ilə bağlıdır. Belə ki, həmin kafedə səslənən musiqi gecə saatlarına qədər davam edir, bu da yaxınlıqda yaşayan sakinlərin istirahətinə mane olur. Bundan başqa, kafedə spirtli içki qəbul edən şəxslərin səs-küyündən, təhqiramiz ifadələrindən sakinlər təngə gəlib.
 
Sakinlərin sözlərinə görə, bununla bağlı dəfələrlə Daxili İşlər Nazirliyinin "102" xidmətinə, həmçinin Sabunçu rayon Polis İdarəsinin 15-ci Polis Bölməsinə müraciət etsələr də, nəticəsi olmayıb.
 
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəis müavini Orxan Mansurzadə APA-nın sorğusuna cavabında məsələnin araşdırılacağını bildirib: "Sabunçu rayon Polis İdarəsinin 15-ci Polis Bölməsinin yeni rəhbərliyi tərəfindən sakinləri narahat edən həmin məsələ araşdırılacaq və qanun çərçivəsində müvafiq tədbirlər görüləcək".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.