Ölkə

"Ərizəmi yazım çıxım" - Sumqayıtda məktəb direktorunun təmirpulu yığılması iddiasına REAKSİYASI

13 Sentyabr 2017 19:24
6 Şərh     Baxış: 1 539

Yeni tədris ili başlamazdan əvvəl  artıq bəzi problemlər baş qaldırmağa başlayıb

Milli.Az xəbər verir ki, Sumqayıtda valideynlər tərəfindən xeberle.com saytının elektron ünvanına və sosial şəbəkələrdəki səhifələrinə orta məktəblərdə yığılan təmir pulu ilə bağlı şikayətlər daxil olub. Xeberle.com valideynlərin iddialarına cavab tapmaq üçün şikayət edilən məktəblərlə əlaqə saxlayıb.

1 nömrəli tam orta məktəbin direktoru Ruhiyyə Tağıyeva bizə qarşı kobud rəftar nümayiş etdirdi:
"Mən heç bir pul yığmıram. Məndən başqa bütün məktəblər pul yığır bu bir, ikincisi isə sizə heç bir haqq vermirəm. Siz mənə qələt edib zəng etmisiniz. Fsyo!"
4 nömrəli tam orta məktəbin direktoru Səadət Məmmədova:
"Yayılan məlumatlar həqiqəti əks etdirmir. Rəhbərlik etdiyim məktəbdə bu kimi neqativ hallara yol verilə bilməz. Əgər həqiqətən belə hal varsa mənə müraciət edə bilərlər".
10 nömrəli tam orta məktəbin direktoru Tahir Nəsibov: 
"Ay qızım bu vaxt təmir olur, yazılıdır şikayət? Anonim şikayətə baxmırıq. Yazılıdırsa, gətirin siz də oturun, valideyn də otursun, mən də oturum. Xahiş edirəm, belə yalan məlumatları yaymayın. Bir də ki, yalan deyənlərin evləri yıxılsın".
11 nömrəli tam orta məktəbin direktoru İlahə Həsənli ilə dəfələrlə əlaqə saxlasaq da, açıqlama almağımız mümkün olmadı. Deyilənə görə gah iclasda, gah da təhsil şöbəsində oldu.
19 nömrəli tam orta məktəbin direktoru Pərvanə Ramazanova ilə də dəfələrlə əlaqə saxlasaq belə, suallarımıza cavab tapa bilmədik. Gah "iclasdadır", gah "valideyn qəbulundadır", gah da ayrı bir cavabla qarşılaşdıq.
23 nömrəli tam orta məktəbin direktoru Fikrət Qasımov: 
"Kim şikayət edibsə adı, ünvanı sizdə var? Qətiyyən mən elə şey eləməmişəm. Yəni, o kimdirsə, araşdıraq, siz də gəlin. Mən belə narahat qalıram, çünki elə bir şey yoxdur. Mən bilsəydim ki, kim şikayət edib araşdırıb, məsələni üzə çıxardardım".
24 nömrəli tam orta məktəbin direktor əvəzi Sara Abbasova: 
"Elə bir şey yoxdur bizdə. Düzgün məlumat deyil".
26 nömrəli tam orta məktəbin direktoru Tərlanə Nağıyeva söylədi ki, deyilənlər şayiədir. Bu məktəbdə pul yığılmır. Yalnız ayrı-ayrı imkanlı şəxslər könüllü şəkildə bəzən məktəbimizə yardım edirlər.
33 nömrəli tam orta məktəbin direktoru Rübabə Əsgərovadan da suallarımıza  cavab ala bilmədik. Dəfələrlə əlaqə saxlasaq da telefona cavab verən olmadı.
34 nömrəli tam orta məktəbin direktoru Nizami Məmmədov: 
"Kim deyirsə, gözünün içinə qədər yalan deyir, hələ uşaqlar məktəbə gəlməyib, necə pul yığıla bilər? Bizim məktəbdə elə bir şey yoxdur.  O kimdirsə, gəlsin bura desin, mən həmin dəqiqə ərizəmi yazım çıxım".
36 nömrəli tam orta məktəbin direktoru Ədalət Mahmudov:
"Onu səhv deyirlər, bəlkə başqa məktəbdir? Bizdə elə şey olmayıb axı. Hansı valideyndir, xanım? Bizdə təmir pulu söhbəti qəti yoxdur".
37 nömrəli tam orta məktəbin direktoru Elşad Eyvazov:
"Xeyr, tamamilə yalan məlumatdır. Konkret kimlərdir, adları varsa, araşdıraq, görək kimlərə təmir pulu veriblər, öyrənək. Bir ağsaqqal müəllim kimi, direktor kimi xahiş edirəm ki, gəlin bu məsələni araşdıraq. Bunu araşdırmaq sizin hüququnuzdur, biz də kömək etməliyik".
 
Bax belə, biz edilən şikayətlər əsasında qarşı tərəflərin - məktəb diektorlarının cavablarını verməyə çalışdıq. İddiaçılar cavablarla qane olmazlarsa, şikayətləri ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət edə bilərlər.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Şərh yaz:

6 Şərh:

  • Anonim
    .... · 13 Sentyabr 21:3620

    Keçen il bizden mekteb baglanana kimi her ay 1manat yigilirdiki mektebe lovhə alinir.dalaşdimki lovhəni nazirlik vermelidir.deyildiki verilmir bizde ozumuz alirig.görək bu il teze lovhe olacag ya yox.demisem olmasa il boyu verdiyim pulu alacam

    Cavab yaz
  • Anonim
    Nata · 13 Sentyabr 21:5720

    hamisi yalandir hamisi pul yiqir.supurqeciyede pul yigirlar sinifi yaxshi temizlesin

    Cavab yaz
    • Anonim
      Bərdə · 13 Sentyabr 22:1410

      Bərdə şəhərindədə yığılıb.8saylı tam orta məktəbdə dərs bağlanmağına bir ay qalmış 10 manatdan yığırdılar.hər gün uşaqdan xəbər yollayırdılar ki pulu gətir.məcbur edirlər.amma heç bir remont olunmur.hər il belə edirlər.müdüryətə yığılır.belə şeylərə nəzarət güclənsə yaxşı olar

      Cavab yaz
  • Anonim
    Abbas · 13 Sentyabr 23:4001

    Guya bu dövlətdə təhsildən başqa problem yoxdu da .hara gedirsən təhsilin qiybəti qırılr

    Cavab yaz
    • Anonim
      anonim T · 14 Sentyabr 20:0700

      Deyəsən səndə təhsildə pul yığanlardansan.

      Cavab yaz
  • Anonim
    anonim T · 14 Sentyabr 20:0600

    Yalandır.yığırlar özüdə lap yaxşı yığırlar.Mən may ayı gələndən məktəbdən hər gün uşaqlar gələndə təkcə bir söz eşidirdim. (Müəllimə deyir remont pulun gətirmisən? )hər gün hər gün.axır məcbur olub verdim.hər uşağa 18manatdan.məndədə iki uşaq oxuyurdu 36manat verdim.indi uşaqları çıxardıb gətirdim bakıya.Arada 36manatım getdi.

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.