Ölkə

Bakıda taksi sürücüləri turistləri belə aldadır - VİDEO

13 Sentyabr 2017 16:03
10 Şərh     Baxış: 1 972

Taksi sürücüləri hava limanında turistlərin "Bakubus" avtobuslarına minməsinə mane olur.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə qurumun mətbuat katibi Mənsur Priyev sosial şəbəkədə yazıb.

O bildirib ki, Heydər Əliyev adına Beynəlxalq Hava Limanında BakıKart alaraq "BakuBus"a məxsus Hava limanı express xətt avtobusları ilə şəhərə gəlmək istəyən turistlərə taksi sürücüləri yerli-yersiz müdaxilələr edir. Onların ətəyindən yapışaraq, çantalarını məcbur götürərək dil tökür, ödəniş terminallarının işləmədiyini söyləyirlər:

"Əlbəttə taksi sürücüləri də öz xidmətlərini təklif edə bilər. Ancaq bu daha sivil və mədəni şəkildə, turustləri aldatmadan, onlara yalnış məlumatlar vermədən həyata keçirilməlidir. Baxmayaraq ki, onlar üçün xüsusi yer, hətta xətt də çəkilib ki, o xətti keçməsinlər. Ancaq turistlərə olan aşırı "sevgiləri" onları sakit buraxmır".

Taksi sürücüləri tərəfindən turistlərə təklif olunan gediş haqqının miqdarı isə xeyli yuxarıdır. Bu rəqəm 30-40 manat, bəzi hallarda isə 60 manata kimi yüksəlir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Şərh yaz:

10 Şərh:

  • Anonim
    ?? · 13 Sentyabr 16:14410

    Ağanın malı gedir, muzdulun qarnı ağreyır.Turistlerin pulu coxdu .İmkan verin bu sūrūcūler də dolansın.

    Cavab yaz
  • Anonim
    Boyyy · 13 Sentyabr 16:3164

    Surucular ela acdida omur boyu . Bas biabir olur Azarbaycan. Onu hara qoyaq .,Surucu na qadar qazanirsa ela acdiki ac . Ayibdiye dusmusuz titistlarin dalinca .,Tualetada aparin olari

    Cavab yaz
  • Anonim
    Boyyy · 13 Sentyabr 16:3252

    bitun suruculara aid doyul sozsuz .,

    Cavab yaz
  • Anonim
    Taksi · 13 Sentyabr 19:4810

    Bəli boy hardasa haqlısız.bəs görən hava limanında dayanan secritylər və polislər hara baxır???? Deməli nəsə güdürlət və hec nə demirlər

    Cavab yaz
  • Anonim
    K.A · 13 Sentyabr 20:1332

    Ala zor eliyir coreyin qazanirdaa. Cibine girmirki sizin niye qarniviz agriyirki? Ozumuzkuler ozumuzun bebeyini cixardiree noooluuubun aaalllaaaaa

    Cavab yaz
  • Anonim
    Heybet · 13 Sentyabr 20:4530

    Ozme gore cox olkelerin hava limanlarinda olmuwam. Ozumuzde olan bele biabrci taksi suruculeri hec yerde yoxdu. Dilenci kimi duwur adamin dalincaki taksi laZimdir? Ayibdiye vallah. Sizinle kuce dilenciletinin ne fergi olduki?

    Cavab yaz
  • Anonim
    LADY - L · 13 Sentyabr 21:2610

    Kecen defe rayonlarin birinden Bakiya qayidirdiq. Marshurutlarin yerini bilmediyimizden taksi shoferlerinden marshurutlarin harda dayandigini sorushduq. Oranqutana oxshayan biri dedi ki bu vaxt marshurut olmur, axtarmayin, ancaq taksilerdi. Eyleshin aparim. Bununla razilashmadiq o biri oranqutanlar qir saqqiz oldular ki eyleshin aparaq. Onsuzda marshurut tapmayacaqsiz. Eger cixib gedib sonra peshman olub qayitsaz daha baha qiymet deyecik filan. Xeberde deyildiyi kimi heqiqeten de az qalmishdilar elimizden mecbur zenbillerimizi alib mashina yukleyeler vallah.Ne ise, qiymet qane etmedi deye razilashmayib uzaqlashdiq onlardan. Ele 50 addim atmishdiq ki, gorduk duz 3 eded novbede gozleyen marshurut mikroavtobuslari var. Demeli bu vicdansiz taksi shoferleri nashi adam goren kimi, hamini bele aldadirlar. Meqami gelmishken uzumu burdan elelerine tutub deyirem ki KISHI COREK PULUNU KISHI KIMI QAZANAR MARTISHKA KIMI YOX !

    Cavab yaz
    • Anonim
      Heybet Lediye · 13 Sentyabr 21:5201

      Eseblewme

      Cavab yaz
  • Anonim
    Avropa · 13 Sentyabr 22:0110

    Ele bıl qaracıdılar vallah xarıcı olkelerde bele taksı suruculerı gormedım taksıler arxa arxaya sıra ıle duzulur soferler de ıcınde öusterıler oturur surur arxadakı gelır onun yerıne sakıt sessız kuysuz! Avropada kı ınsanlar bızım taksılerın anqırmagına baxıb dehsete gelırler, bazarlarımızda bu gundedı arvadlar ımkan vermır kısılere kısılerde arvadlara her ıkısıde mmusterılerı ozune dartısdırmag ucun qırırlar bır bırını kecen defe hamısının ustune qısqırdım esebden ozumu saxlaya bılmedım qabıllıyyetsızler! Fuuu

    Cavab yaz
  • Anonim
    Vasif · 13 Sentyabr 22:1710

    Yalannan turistlerin dalinca sulenmeyin ne menasi var? Lazim olsa ozleri gelif minejekler. Yalannan basini aldadif taksiye mindirmek kisilikden deyil.Turistler qiraqa dursun ele ozumuzu de aldadirlar. Nooluf eee gormemissiz? Hec olmasa hala yiyin.

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.