Ölkə

Bankomatdan külli miqdarda pul oğurlanmasının qarşısı alındı - FOTO

13 Sentyabr 2017 14:47
0 Şərh     Baxış: 1 025

Sumqayıtda bankomatlardan birindən külli miqdarda pulun oğurlanmasının qarşısı alınıb.

DİN-in mətbuat xidmətindən Milli.Az-a verilən məlumata görə, Sumqayıt Şəhər Polis İdarəsi (ŞPİ) əməkdaşları tərəfindən vaxtında həyata  keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Corat qəsəbəsi ərazisində quraşdırılan bankomatlardan birindən külli miqdarda maddi vəsaitin oğurlanmasının qarşısı alınıb.
  
Belə ki, qeyd edilən ünvanda quraşdırılmış bankomatın qapısını sındırmaq yolu ilə oğurluğa cəhd göstərməkdə şübhəli bilinən şəhər sakinləri Elnur Tağıyev, İlqar Səfərov və onun qardaşı Tural Sumqayıt ŞPİ-nin əməkdaşları tərəfindən saxlanılıb.
 
Qeyd edək ki, saxlanılan şəxslər hadisədən bir neçə gün əvvəl həmin bankomatın yanına gələrək müşahidə aparıblar. Hadisə günü isə onlar özləri ilə lazımı avadanlıqlar götürərək bankomatın içində olan seyfi qıraraq oğurluq etməyə cəhd göstəriblər.
 
Dəstə üzvləri saxlanılan zaman onların yaşadıqları ünvanlardan qeyd edilən cinayət hadisəsini törədən zaman istifadə etdikləri dəmir alətlər maddi sübut kimi aşkar olunaraq götürülüb.
 
Qeyd edilən faktlarla bağlı Sumqayıt ŞPİ-nin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, araşdırma aparılır.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Məqaləyə dair fotomateriallar:

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.