Ölkə

Təcili yardım həkimlərini döyənlər, təhqir edənlərlə bağlı məsələ Milli Məclisə çıxarılacaq

13 Sentyabr 2017 14:31
3 Şərh     Baxış: 723

Tibb işçilərinin, xüsusilə də təcili tibbi yardım işçilərinin statuslarının və hüquqlarının artırılması təklif olunur.

Milli.Az xəbər verir ki, Bu təşəbbüslə çıxış edən Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini Musa Quliyev Trend-ə bildirib ki, bununla bağlı parlamentin payız sessiyasında məsələ qaldırmaq niyyətindədir.

Deputat hesab edir ki, bir çox hallarda təcili tibbi yardım həkimlərini, tibb bacılarını döyür, təhqir edir, onlara xəsarətlər yetirirlər:

"Əslində, təcili tibbi yardım işçilərinin statusu polis işçilərinin statusuna bərabərləşdirilməlidir. Polis işçisinə əl qaldırmaq, onu təhqir etmək, vəzifəsinin icrasına ziyan verəcək, əngəl törədəcək hərəkət etmək ağır cəza ilə cəzalandırılır, tibb işçilərinə qarşı da belə hərəkətlərə görə ağır cəza verilməlidir. Ağır xəstə olanda təcili yardım çağırırlar. Müəyyən hallarda təcili yardım ünvana yetişdikdə xəstə artıq dünyasını dəyişir. Bəzən təcili yardım özündən asılı olmayan səbəbdən ünvana gecikir. Bunların hamısının həllinin hüquqi, sivil yolu var".

M.Quliyev hesab edir ki, tibb işçilərinin, xüsusilə təcili yardım işçilərinin evə çağırış zamanı təhqir olunması, peşələrinə əngəl törədilməsi, döyülməsi hallarının ciddi şəkildə cəzalandırılması ilə bağlı İnzibati Xətalar və Cinayət Məsəllələrinə dəyişiklik edilməlidir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Şərh yaz:

3 Şərh:

  • Anonim
    Abbas · 13 Sentyabr 21:0420

    Bahhhoooo bundan sora heç xəstələrə əhəmiyyət verib saymazdar .

    Cavab yaz
  • Anonim
    Аyan · 13 Sentyabr 23:1001

    ela men beyendim

    Cavab yaz
  • Anonim
    Teymur · 14 Sentyabr 08:1300

    Toxunulmaz Muqedeslerin biride artdi....

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.