Ölkə

Sumqayıtda tapançalı xuliqanlar tutuldular - FOTO

13 Sentyabr 2017 14:32
1 Şərh     Baxış: 631

Sumqayıtda ictimai asayişi kobud surətdə pozaraq xuliqanlıq edən şəxslər polis əməkdaşları tərəfindən saxlanılıb.

DİN-dən Milli.Az-a verilən məlumata görə, daxili işlər orqanları cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, ictimai asayişi kobud surətdə pozan, üzərlərində qanunsuz olaraq silah saxlayan şəxslərin müəyyən edilərək qanunla məsuliyyətə cəlb olunmaları istiqamətində növbəti əməliyyat tədbiri tədbiri həyata keçirib.

Belə ki, sentyabrın 11-də Sumqayıt şəhəri ərazisində şəxsiyyəti məlum olmayan 2 nəfərin xuliqanlıq zəminində şəhər sakini Mirmehdi Cəfərovu döyüb xəsarət yetirdikləri, daha sonra isə onun evinə hücum edərək tapança ilə hədələdikləri barədə Sumqayıt Şəhər Polis İdarəsinə (ŞPİ) məlumat daxil olub.

Sumqayıt ŞPİ əməkdaşlarının keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində hadisənin şəhər sakinləri Anar Tağızadə Qabil Əliyev tərəfindən törədildiyi müəyyən edilib və həmin şəxslər saxlanılaraq istintaqa təqdim olunub.

A.Tağızadənin idarə etdiyi avtomobilə baxış zamanı hadisə zamanı istifadə etdiyi 1 ədəd pnevmatik, həmçinin əlavə olaraq 1 ədəd idman tapançası aşkar olunaraq götürülüb.

İlkin ifadəsi zamanı A.Tağızadə zərərçəkən şəxsin onun ailə üzvlərindən birinin ünvanına nəlayiq ifadələr işlətdiyinə görə tanışı Q.Əliyevlə birlikdə onu döydüyünü və silahla evinə hücum etdiyini etiraf edib.

Qeyd edilən faktla bağlı Sumqayıt ŞPİ-nin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, zəruri istintaq hərəkətləri davam etdirilir.

Pünhan Mirzə
Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Məqaləyə dair fotomateriallar:

Şərh yaz:

1 Şərh:

  • Anonim
    A · 13 Sentyabr 14:3800

    pnevmatik tapanca warik atir o adami hec yaralamirda idman tapancasi onu kimi.. gulunc bawligdi TAPANCALI WEXSLER )))

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.