Ölkə

Zəvvarların ilk qrupu bu gün Həccə yola düşdü

24 Avqust 2017 10:59
4 Şərh     Baxış: 678
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bu il Azərbaycandan Həcc ziyarətinə gedəcək zəvvarların ilk qrupları yola düşüb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bu gün səhər saatlarında hər birində 3 zəvvar qrupu olan iki təyyarə Səudiyyə Ərəbistanına uçub. Növbəti reyslər avqustun 25-də və 26-da olacaq.
 
Qeyd edək ki, builki kvota 600 nəfər nəzərdə tutulsa da, ümumilikdə 900 zəvvarın Azərbaycandan Həccə yola düşməsi planlaşdırılıb. Kvota aşılsa da, bu il zəvvarların sayı ötən ildən azdır. 2016-cı ildə Azərbaycandan 1040 zəvvar Həcc ziyarətində olub. Əvvəlki illərdən fərqli olaraq, bu il zəvvarlar üçün fərqli paketlər (VİP və nisbətən ucuz) təqdim edilməyib. Bir nəfərlik ziyarət paketinin qiyməti 3850 dollardır. Yaxın Şərqdəki vəziyyətlə əlaqədar bu il də zəvvarlar avtobusla yox, təyyarə ilə Səudiyyə Ərəbistanına gedəcəklər. Uçuşları AZAL həyata keçirəcək. Azərbaycanda Həcc ziyarətinin təşkilatçısı yalnız Qafqaz Müsəlmanları İdarəsidir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.