Ölkə

Tanınmış meyxanaçı həbsdən çıxdı - FOTO

23 Avqust 2017 16:19
0 Şərh     Baxış: 6 322
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ötən ilin may ayında həbs olunan tanınmış meyxanaçı Mahir Cürət azadlığa çıxıb.

Milli.Az yenicag.az-a istinadən xəbər verir ki, 1 il 3 ay həbs həyatı yaşayan söz xiridarı, ötən gecə dünyasını dəyişən meyxanaçı Bayram Kürdəxanlının yas mərasimində iştirak edənlər arasında olub.

Qeyd edək ki, Mahir Cürət ötən ilin may ayında saxlanılan zaman onun üzərindən narkotik maddə götürülmüşdü. İlkin ifadəsində narkotik vasitəni şəxsi istifadəsi üçün saxladığını bildirən meyxanaçı Cinayət Məcəlləsinin 234.1-ci (Satış məqsədi olmadan qanunsuz olaraq, narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama) maddəsi ilə həbs olunmuşdu.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.