Ölkə

Bakı tozun miqdarı 52%-i keçdi - YENİLƏNİB

23 Avqust 2017 18:24
3 Şərh     Baxış: 3 135
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

18:24

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti Bakıda və Abşeron yarımadasında müşahidə olunan toz dumanı ilə bağlı operativ iş rejiminə keçərək, hər üç saatdan bir atmosfer havasında müşahidələr aparır.

Nazirliyin mətbuat xidmətindən Milli.Az-a verilən xəbərə görə, havanın keyfiyyətini ölçən avtomatik və stasionar monitorinq stansiyalarından alınan məlumata əsasən, bu gün Bakı və Abşeron yarımadasında tozun miqdarının saat 18:00-da bir qədər də artaraq sanitar normadan 52 faiz yuxarı olduğu qeydə alınıb.

Xatırladaq ki, atmosfer havasında tozun miqdarı saat 09:00-da 20 faiz, saat 12:00-da 32 faiz, saat 15:00-da isə 40 faiz sanitar normadan yuxarı olub.

-----------

16:09

Hazırda Bakı və Abşeron yarımadasında tozun miqdarı sanitar normadan 40 faiz yuxarıdır.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən Milli.Az-a verilən məlumata görə, nazirliyin Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti Bakıda və Abşeron yarımadasında müşahidə olunan toz-dumanı ilə bağlı operativ iş rejiminə keçərək, hər üç saatdan bir atmosfer havasında müşahidələr aparır.

Havanın keyfiyyətini ölçən avtomatik və stasionar monitorinq stansiyalarından alınan məlumata görə 23 avqust 2017-ci il tarixində Bakı və Abşeron yarımadasında tozun miqdarının saat 15:00-da bir qədər də artaraq sanitar normadan 40 faiz yuxarı olduğu qeydə alınıb.

Xatırladaq ki, saat 12:00 da bu göstərici 32 faiz təşkil edirdi.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.