Ölkə

Sumqayıtda qəbirstanlıqda yanğın - YENİLƏNİB - FOTO

23 Avqust 2017 20:44
2 Şərh     Baxış: 2 278
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

20:44

Sumqayıtda qəbiristanlıqda yanğın baş verib.

Milli.Az ARB 24-ə istinadən xəbər verir ki, hadisə  Koroğlu prospektində yerləşən məzarlıqda qeydə alınıb və 4 hektar ərazini əhatə edib.

Ərazidəki  quru otlaq sahəsi və kol-kos, həmçinin yaxınlıqdakı avtomobil təmiri sexlərinin tullantıları külə dönüb.

Hadisə yerinə gələn yanğınsöndürənlər alovu ram ediblər.

Videonu izləmək üçün şəklə klikləyin:

Qəbiristanlıqda yanğın

----------

14:00

Sumqayıt şəhərində qəbirstanlıq yanır.

Milli.Az xeberle.com-a istinadən xəbər verir ki, hadisə şəhərin 11-ci mikrorayonu, Koroğlu prospektində yerləşən ərazisində baş verib.

Yanğının baş vermə səbəbi, hələ ki, məlum deyil. Hadisə yerinə Fövqaladə Hallar Nazirliyinin yanğınsöndürmə maşınları cəlb olunub.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.