Ölkə

Bakıda hədə-qorxu ilə bir neçə nəfərdən pul alan dəstə saxlanıldı

23 Avqust 2017 13:06
0 Şərh     Baxış: 1 306
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakı şəhər sakini F.Qədimova hədə-qorxu gəlib pulunu almaqda şübhəli bilinən şəxslər tutulublar.

Milli.Az DİN-ə istinadən xəbər verir ki, Sabunçu RPİ 12-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avqustun 21-də Bakı şəhər sakini Fazil Qədimova hədə-qorxu gəlib 300 manat pulunu almaqda şübhəli bilinən paytaxt sakinləri Elvin Xudazarov, Fazil Əliyev, Vahid Əliyev Hikmət Ağayev tutulublar.

H.Ağayevə məxsus "BMW" markalı avtomobilin yük yerinə baxış zamanı oradan 1 ədəd bıçaq və kustar üsulla hazırlanmış dövlət qeydiyyat nişanları aşkar edilərək götürülüb.

Ətraflarında aparılan tədbirlərlə onların cari il iyul-avqust ayları ərzində Bakı şəhər sakinləri olan daha 4 nəfərə hədə-qorxu gəlib ümumilikdə onlardan 3540 manat pul almaları da müəyyən edilib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.