Ölkə

"Onun heç vaxt şəxsi maşını olmayıb" - Mehman Əhmədli Bayram Kürdəxanılıdan DANIŞDI

23 Avqust 2017 13:27
3 Şərh     Baxış: 5 485
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Tanınmış meyxanaçı Mehman Əhmədli həmkarı Bayram Kürdəxanı haqda danışıb.

Milli.Az xəbər verir ki, ölkə.az-ın əməkdaşıyla söhbətində M.Əhmədli Kürdəxanılını sakit insan kimi xarakterizə edib:

"Bayram normal, heç kimin pisliyini istəməyən, deyib-gülən, yeyib-içən, əhlikef, heç kimlə prinsip aparmayan insan idi. Özü üçün yaşayırdı. Hamı da xətrini çox istəyirdi".

M.Əhmədli qeyd edib ki, B.Kürdəxanılının heç vaxt şəxsi avtomobili olmayıb:

"Bildiyiniz kimi onu Kürdəxanıda yolu keçərkən maşın vurub. Ümumiyyətlə, onun heç vaxt şəxsi avtomobili olmayıb. Bayramı vuran şəxsin həmkarımız Ağamirzənin qohumu olmağı barədə deyilənlərə gəlincə, bu barədə məlumatsızam".

Qeyd edək ki, 56 yaşlı meyxanaçı ötən gecə Kürdəxanı qəsəbəsindəki toy mərasimindən evə qayıdan zaman yolu keçərkən  "Peugeot" markalı, 10-PS-782 dövlət seriya nişanlı avromobil onu vurub. Sürücü Emin Fərhadov meyxanaçını 3 saylı Şəhər Kliniki Xəstəxanasına çatdırsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.