Ölkə

Bakıda iki ev yandı - Bir qadın öldü - YENİLƏNİB

23 Avqust 2017 12:03
0 Şərh     Baxış: 1 928
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

12:03

Paytaxtda iki ev yanıb.

Milli.Az Fövqəladə Hallar Nazirliyinə istinadən məlumat verir ki, Bakı şəhəri, Nəsimi rayonunda bir-birinə bitişik tikilmiş ümumi sahəsi 90 m² olan 4 otaqlı evin yanar konstruksiyaları və ümumi sahəsi 78 m² olan 3 otaqlı evin dam örtüyü 58 m² sahədə yanıb.

Yanğnın kəşfiyyatı zamanı Süleymanova Zərgül Nəriman qızının cəsədi aşkar olunub.

Evin qalan hissəsi və bitişik evlər yanğından mühafizə olunub. Yanğın saat 09:59-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

----------

09:46

Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Yasamal rayonunda fərdi yaşayış evində yanğın baş verməsi barədə məlumat daxil olub.

Milli.Az FHN-ə istinadən xəbər verir ki, Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvə və texnikası dərhal hadisə yerinə cəlb olunub, aidiyyəti qurumlar məlumatlandırılıb. Yanğının söndürülməsi işləri davam etdirilir.
 

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.