Ölkə

Şəki sakini güllələndi

23 Avqust 2017 09:35
0 Şərh     Baxış: 1 541
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Şəkidə 31 yaşlı kişi nəməlum şəxs tərəfindən güllələnib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, avqustun 22-si saat 23 radələrində rayonun Baş Kəldək kənd sakini Səməd İsrail oğlu Əsgərov bədənin müxtəlif nahiyələrində çoxsaylı qırma yaraları xəsarəti ilə Şəki Mərkəzi Rayon Xəstəxanasına (MRX) daxil olub.

S. Əsgərov ilkin ifadəsində bildirib ki, yaşadığı kəndin inzibati ərazisinin yaxınlığındakı meşə zolağında odun hazırlayan zaman naməlum şəxs tərəfindən ona ov tüfəngindən atəş açılıb.
 
S. Əsgərovun vəziyyəti orta-ağır kimi qiymətləndirilir.
 
Şəki Şəhər-Rayon Polis Şöbəsindən sözügedən sayta verilən məlumata əsasən, hadisə ilə bağlı araşdırma aparılır.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.