Ölkə

Azərbaycanda ikili vətəndaşlıqla bağlı deputatdan AÇIQLAMA

22 Avqust 2017 20:18
Baxış: 1 348
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Azərbaycanda ikili vətəndaşlığa icazə verilməsi istiqamətində işlər hazırda uğurla davam edir. Zamanı çatanda hər bir şey mümkün olacaq".

Milli.Az xəbər verir ki, bunu ölkə.az-a açıqlamasında Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini, deputat Rövşən Rzayev bildirib.

R.Rzayev deyib ki, hələlik buna ehtiyac yoxdur:

"Bu istiqamətdə olan Azərbaycan qanunvericiliyi mükəmməldir. Hələlik qanun ikili vətəndaşlığa icazə verməsə də, mən bu sahədə heç bir problem görmürəm".

Deputat yaxın gələcəkdə Azərbaycanda ikili vətəndaşlığa icazə verilməsi ilə bağlı qanun layihəsi hazırlanmadığını da söyləyib:

"Hələ ki, mənə belə layihə görməmişəm. Düşünürəm ki, bu məsələdə heç bir problem yoxdur. Ümumiyyətlə, ikili vətəndaşlığa icazə verilməsində zərər görmürəm".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.