Ölkə

"Müəllimlərin işə qəbulu üzrə müsahibənin əlavə yerləşdirmə mərhələsi keçiriləcək" - Nazirlik

22 Avqust 2017 15:06
3 Şərh     Baxış: 1 587
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Sentyabr ayında müəllimlərin işə qəbulu üzrə müsahibənin əlavə yerləşdirmə mərhələsi keçiriləcək.

Milli.Az report-a istinadən xəbər verir ki, bunu Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdir müavini Eşqi Bağırov jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, hazırda ümumi təhsil müəssisələrinə mərkəzləşdirilmiş qaydada aparılan müəllimlərin işə qəbulu üzrə müsabiqənin son mərhələsi keçirilir: "Müsabiqə mərhələsində müəllimlərin psixoloji durumu, praktik, metodik bilikləri yoxlanılır. Namizədlər müsabiqə mərhələsinə hazırlıqlı gəliblər. Onlara öncədən ixtisaslarına uyğun mövzular təqdim olunub".

Müdir müavininin sözlərinə görə, müəllimliyə namizədlərdən müsahibə götürən komissiya 3 nəfərdən ibarətdir: "Komissiya üzvlərindən bir nəfər fənn müəllimi, bir nəfər qabaqcıl məktəblərin rəhbərlərindən biri, bir nəfər isə təhsil nazirliyinin əməkdaşıdır. Bu mərhələyə 5225 nəfər keçib. Bu mərhələ bitəndən sonra sentyabrın əvvəli əlavə yerləşdirmə mərhələsi keçiriləcək".

E.Bağırov qeyd edib ki, müsahibənin nəticələri növbəti həftənin əvvəli hər bir müəllimin şəxsi səhifəsində yerləşdiriləcək: "Bu il ilk dəfə olaraq fiziki tərbiyə, musiqi, təsviri incəsənət müəllimləri üçün mərhələlərin yeri dəyişib. Onlar əvvəlcə müsahibə mərhələsinə dəvət olundular, ordan uğurla keçənlər növbəti mərhələyə buraxıldılar".
Qeyd edək ki, müəllimlərin işə qəbulu üzrə müsahibə mərhələsi avqust ayının 21-dən etibarən başlayıb. Müsabiqə avqustun 26-da başa çatacaq. 

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.