Ölkə

Bakının mərkəzində məşhur mağazalarda yanğın - YENİLƏNİB - VİDEO - FOTO

22 Avqust 2017 14:22
5 Şərh     Baxış: 8 516
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

14:22

Bakının Neftçilər prospektində fəaliyyət göstərən mağazada baş verən yanğın söndürülüb. Milli.Az bildirir ki, bu barədə Trend-ə Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinin rəhbəri Oqtay Bayramov məlumat verib.

Qurum rəsmisi bildirib ki, hadisə mağazanın mətbəxində başlayıb. İşçilər yemək hazırlayarkən ehtiyatsızlığa yol verib və nəticədə yanğın olub. Alov mağazanın digər hissəsinə də keçib. Fövqəladə Hallar Nazirliyinin əməkdaşları hadisə yerinə cəlb edilib və yanğının qarşısı alınıb. Hazırda yanğın söndürülüb.

Xatırladaq ki, hadisə Neftçilər prospekti ilə Yusif Məmmədəliyev küçəsinin kəsişməsində fəaliyyət göstərən "Dolce & Gabbana" mağazasında baş verib.

---------

14:12

Bakıda məşhur mağazalardan birində yanğın baş verib.

Milli.Az musavat.com-a istinadən xəbər verir ki, Neftçilər prospekti, Yusif Məmmədəliyev küçəsində yerləşən "Dolce & Gabbana" mağazasında yanğın başlayıb. Yanğına səbəb kondisionerdə baş verən qısaqapanma olub.

Hadisə yerinə FHN-in yanğından mühafizə xidməti və polis əməkdaşları cəlb olunub. Qeyd edək ki, mağazaya xeyli zərər dəyib. Həmçinin "Dolce & Gabbana" mağazasına bitişik obyektlərdə də evakuasiya işləri aparılır.

Milli.Az report.az-a istinadən bildirir ki, daha sonra yanğın "GUCCİ" mağazasına keçib. Mağazalarda satılan geyimlər küçəyə çıxarılıb. 
Hadisə yerinə yanğınsöndürənlər cəlb olunub. Yanğının qarşısını almaq üçün tədbirlər görülür.

Milli.Az

Videoları izləmək üçün şəkillərə klikləyin.​

Bakının mərkəzində məşhur mağazalar yanır

Bakının mərkəzində məşhur mağazalar yanır - 2

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.