Ölkə

RİİB-in dəstəyi ilə Mərkəzi Neftçilər Xəstəxanasında uşaqların tibbi müayinəsi aparılacaq

22 Avqust 2017 13:15
Baxış: 1 265
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Heydər Əliyev Fondunun Regional İnkişaf İctimai Birliyinin (RİİB) dəstəyi ilə Mərkəzi Neftçilər Xəstəxanasında uşaqların tibbi müayinəsi aparılacaq.

Milli.Az xəbər verir ki, İctimai Birlikdən Trend-ə verilən məlumata görə, RİİB və Səhiyyə Nazirliyinin Mərkəzi Neftçilər Xəstəxanasının birgə təşkilatçılığı ilə avqustun 26-da xəstəxananın Kardioloji poliklinika şöbəsində saat 09:00-dan 16:00-dək uşaqların ümumi müayinəsi üzrə ümumrespublika "açıq qapı" günü təşkil olunacaq.

Qeyd olunan tarixdə xəstəxananın yüksək ixtisaslı həkim kollektivi tərəfindən Bakı şəhəri və respublikanın regionlarından olan uşaqlar ödənişsiz müayinələrdən keçiriləcək və nəticələrdən asılı olaraq müalicə kursu təyin olunacaq.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.