Ölkə

Qohumunun evindən 31 min manatlıq qızıl oğurlayan şəxs tutuldu

22 Avqust 2017 13:45
0 Şərh     Baxış: 846
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakıda qohumunun evindən 31 min manatlıq qızıl oğurlayan şəxs tutulub.

Milli.Az DİN-ə istinadən xəbər verir ki, avqustun 21-də Bakı şəhər sakini Bayram Mövludov Binəqədi Rayon Polis İdarəsinin 5-ci Polis Bölməsinə zəng edib rayonun S.Bəhlulzadə küçəsindəki evdə olarkən oraya gəlmiş 2 nəfər naməlum şəxs tərəfindən döyülməsini və 20 000 manat dəyərində qızıl əşyaların aparılması barədə məlumat verib.
 
Binəqədi RPİ 5-ci PB-nin əməkdaşları tərəfindən görülən tədbirlərlə qeyd edilən evin B.Mövludovun qohumuna məxsus olması, cari ilin 6 ayı ərzində Bayramın həmin evdən qızıl əşyalar oğurlayıb qızıl mağazasına sataraq 31305 manat pul əldə etməsi və törətdiyi hadisəni gizlətmək üçün polisə yalan məlumat verməsi müəyyən edilib.
 
Həyata keçirilən əməliyyat-axtarış tədbirləri ilə B.Mövludov tutulub.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.