Ölkə

"Dedi ki, yaxşı edirəm, söyüb bıçaqladı" - İsmayıllıda kütləvi dava - VİDEO - FOTO - YENİLƏNİB

22 Avqust 2017 20:30
0 Şərh     Baxış: 2 530
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İsmayıllı rayonunda kütləvi dava olub.

Milli.Az ARB TV-yə istinadla xəbər verir ki, hadisə avqustun 21-də İsmayıllı rayonunun Yuxarı Cülyan kəndində baş verib.

46 yaşlı Seyfi Hacıyev, 70 yaşlı Arif Hacıyev və 31 yaşlı Aqil Mustafayev Elşən Səfərov tərəfindən bıçaqlanıb. Dava zamanı Elşənin dostu Nemət Salmanov da xəsarət alıb.

Seyfi Hacıyev (bıçaqlanan şəxs) : "Meşədən gəlirdim, Nemət adlı oğlan maşınla az qala nəvələrimin üstündən keçəcəkdi. Dedim ki, yeyib-içib camaatın üstündən keçməyə gəlmisən? Dedi ki, yaxşı edirəm, hara istəyirsən de. Bu getdi Elşən adlı oğlanı gətirdi. O, gəlib bizi söydü. Sonra bizi bıçaqladı". 

Xəsarət alanlar xəstəxanaya yerləşdirilib.

İlkin məlumatlara görə, E.Səfərov sərxoş olub. Faktla bağlı araşdırma aparılır.

Videonu izləmək üçün şəklə klikləyin:

---------

12:43

İsmayıllı rayonunda kütləvi dava olub.

Milli.Az DİN-ə istinadən xəbər verir ki, avqustun 21-də İsmayıllı rayonunun Yuxarı Cülyan kəndində rayon sakinləri Seyfi Hacıyev, Arif Hacıyev və Aqil Mustafayev ilə həmyerliləri Nemət SalmanovElşən Səfərov arasında münaqişə baş verib.

Bu zaman E.Səfərov bıçaqla S.Hacıyevə, A.Hacıyevə və A.Mustafayevə xəsarət yetirib, habelə hadisə zamanı N.Salmanov da xəsarət alıb.

İsmayıllı rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən görülən tədbirlərlə E.Səfərov tutulub.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.